Şəhid Rəhbərin anım mərasimində baş verdi
İQNA – Şəhid Rəhbərin böyük oğlu, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin təşəkkür mesajını çatdıraraq bildirdi ki, İran və İraq xalqlarının Şəhid Rəhbərin dəfn və anım mərasimlərində milyonlarla iştirak etməsi “nəzərəçarpacaq və misilsiz bir dirçəliş” olmuşdur. O dedi ki, bu sədaqətli və uzaqgörən iştirak düşmən üçün dözülməsi olduqca ağır olan bir mənzərə yaratdı.
Xəbər sayı: 3500770 Nəşr tarixi : 2026/07/15
İQNA – Tunisli yazıçı Ayətullah Üzma Seyid Əli Xameneinin düşüncələrinə toxunaraq vurğulayıb ki, o, haqqın ucalması üçün müqavimət və dözümlülük yolunu strateji prinsiplər əsasında inşa edib və meydanda mühüm nailiyyətlər əldə edə bilib.
Xəbər sayı: 3500759 Nəşr tarixi : 2026/07/14
Şeyx Xalid:
İQNA – İraq Alimlər Birliyinin sədri Şeyx Xalid bildirib: "Amerika və sionist hökumətlərinə çatdırılması lazım olan mesaj budur ki, bu milyonlarla insan qisaslarını almayana qədər sakit qalmayacaqlar və kütləvi xalq iştirakı Şəhid Xameneinin yolunu davam etdirmək üçün olan qətiyyətli əzmi nümayiş etdirir."
Xəbər sayı: 3500751 Nəşr tarixi : 2026/07/13
İQNA – Fələstin Müqavimət Komitələri yaydığı bəyanatda vurğulayıb ki, Ayətullah Xamenei izzət, ləyaqət, inqilab və müqavimətin simvolu olaraq qalacaq, onun irsi isə möminlərin və azadlıqsevərlərin yaddaşında yaşamaqda davam edəcək.
Xəbər sayı: 3500746 Nəşr tarixi : 2026/07/12
İQNA – Ayətullah-üzma Şeyx Məhəmməd Yəqubi, Ali Rəhbərin Nəcəf-əşrəfdəki nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyninin iştirakı ilə, şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Xameneiyə və həmçinin bu faciəli hadisədə həyat yoldaşı və qızı da şəhid olan kürəkəni Höccətül-islam vəl-müslimin Şeyx Məhəmməd Cavad Məhəmmədi Gülpayqaniyə başsağlığı və dərin hüznlə hüzn şəriki olduğunu bildirib.
Xəbər sayı: 3500743 Nəşr tarixi : 2026/07/12
İQNA – Şəhid imam, mücahid Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin (r.ə) mübarək cənazəsinin dəfn mərasimi iyulun 8-də İraqın müqəddəs Nəcəf şəhərində böyük izdihamın iştirakı ilə keçirildi. İraq alimlərindən Ayətullah Seyid Məhəmməd Təqi Həkim Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmində şəhid inqilab liderinin cənazəsi üzərində cənazə namazı qıldırdı.
Xəbər sayı: 3500738 Nəşr tarixi : 2026/07/11
İQNA – Şəhid rəhbərin pak cənazəsi dəfn mərasimi və namaz qılındıqdan sonra "Daruz-Zikr" səhnində (hərəmin daxili hissəsində) əmanət edildi.
Xəbər sayı: 3500733 Nəşr tarixi : 2026/07/11
İQNA – İranın Beynəlxalq səviyyəli qarilərindən biri şəhid rəhbərin Quranla ünsiyyətdə olmağa dair dönə-dönə etdiyi tövsiyələrə toxunaraq dedi: "Onun baxışına görə, Quran tilavəti ictimai bir mədəniyyətə çevrilməlidir, elə bir şəkildə ki, ilahi ayələr insanların həyatının hər anında mövcud olsun, onların qərarlarında və davranışlarında yolgöstərən olsun".
Xəbər sayı: 3500731 Nəşr tarixi : 2026/07/11
İQNA – Şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xamenei İmam Rzanın (ə) hərəmində atasının cənazəsi qarşısında namaz qıldı.
Xəbər sayı: 3500729 Nəşr tarixi : 2026/07/10
İQNA – Rusiyanın görkəmli şəxsiyyətləri, alimləri və dini rəsmiləri bir video-sənədli filmdə şəhid mücahid Həzrət Ayətullahul-üzma Xameneinin şəxsiyyət xüsusiyyətlərinə toxunaraq, ümmətin şəhid imamının özünəinam və şücaət ruhunun gücləndirilməsindəki strateji rolundan bəhs ediblər.
Xəbər sayı: 3500727 Nəşr tarixi : 2026/07/10
İQNA – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İran İslam Respublikasının Naxçıvandakı baş konsulu ilə görüşündə şəhid rəhbər Ayətullah əl-Uzma Xameneinin Qarabağ müharibəsi dövründə blokadada olan Naxçıvana göstərdiyi yardımdakı rolunu vurğulayıb.
Xəbər sayı: 3500721 Nəşr tarixi : 2026/07/09
İQNA – Çərşənbə günü, Kazimeyn şəhəri İslam İnqilabının şəhid rəhbəri Ayətullah əl-Uzma Seyid Əli Xameneinin ailə üzvlərinin mübarək cənazələrinə ev sahibliyi edib.
Xəbər sayı: 3500717 Nəşr tarixi : 2026/07/09
İQNA – Vilayət tərəfdarı və inqilabçı Qum xalqı müəyyənləşdirilmiş marşrutlarda – Müqəddəs Cəmkəran Məscidindən Həzrət Məsumənin (ə) müqəddəs hərəminədək – böyük izdihamla iştirak edərək, Ayətullah əl-Üzma Cavadi Amolinin namaz qıldırmasından sonra İslam İnqilabının şəhid rəhbəri, Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsini yola saldılar.
Xəbər sayı: 3500715 Nəşr tarixi : 2026/07/08
İQNA – İraqın "Dövlət Qanunu" koalisiyasının rəhbəri bildirib: "İslam ümmətinin böyük rəhbəri şəhid İmam Seyid Əli Xameneinin irsini əziz tutmaq və onun cənazə mərasimində iştirak etmək bir vəzifədir. Çünki o, çətinliklər qarşısında dayanan və İran xalqına qələbə qazandıran böyük bir lider idi."
Xəbər sayı: 3500713 Nəşr tarixi : 2026/07/08
İQNA – Bir neçə an əvvəl inqilabın şəhid lideri Ayətullah Seyid Əli Xameneinin və onun şəhid ailəsinin cənazəsini daşıyan təyyarə Nəcəfi-Əşrəf beynəlxalq hava limanına eniş edib.
Xəbər sayı: 3500709 Nəşr tarixi : 2026/07/08
İQNA – İraqın "Hikmət" Milli Cərəyanının lideri İraq xalqını Ayətullah Xameneinin dəfn mərasiminə qoşulmağa və kütləvi iştirakla iki xalq arasındakı həmrəylik mesajını nümayiş etdirməyə çağırıb.
Xəbər sayı: 3500704 Nəşr tarixi : 2026/07/07
İQNA – Həzrət Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn mərasimi ilə eyni vaxtda, İslam İnqilabının bu şəhid liderinin anım mərasimi ABŞ-ın Virciniya ştatındakı Manassas məscidində və Vaşinqtonun qərb ətrafında, müxtəlif ölkələrdən gəlmiş müsəlmanların iştirakı ilə keçirilib.
Xəbər sayı: 3500693 Nəşr tarixi : 2026/07/06
İQNA – Mücahid şəhid imam, Həzrət Ayətullahül-üzma Xameneinin mübarək cənazəsinin dəfni ərəfəsində Rusiyanın bir qrup tanınmış şəxsiyyəti, din xadimi və rəsmisi ABŞ və sionist rejimin cinayətkar hərəkətlərinin ölçülərini araşdıraraq, ümmətin şəhid imamının şəxsiyyət xüsusiyyətlərindən danışıblar.
Xəbər sayı: 3500690 Nəşr tarixi : 2026/07/06
İQNA – Müqavimət Alimləri Dünya İttifaqının sədri, şəhid rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə xatirələrini və görüşlərini nəzərdən keçirərək bildirdi: O həmişə Allah yolunda şəhadəti ən böyük şərəf bilirdi və nəhayət, illərlə cihaddan sonra arzusuna çatdı.
Xəbər sayı: 3500689 Nəşr tarixi : 2026/07/06
İQNA – İraqın 8 əyaləti İran İslam İnqilabının şəhid lideri Ayətullah Seyid Əli Xameneinin bu ölkədə keçiriləcək dəfn mərasimi münasibətilə çərşənbə gününü rəsmi tətil elan edib.
Xəbər sayı: 3500687 Nəşr tarixi : 2026/07/06